Nazir Amal Teymurovu maliyyə pozuntularına görə işdən çıxardı
05-09-2023 19:09 / Bu xəbər 672 dəfə oxundu
Uzun illər Fövqaladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəis vəzifəsində çalışmış Amal Teymurov tutduğu vəzifəsindən azad olunub.
"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, Maddi-Texniki Təchizat İdarəsinin rəisi, 1984-cü il təvəllüdlü Amal Kazım oğlu Teymurov işdən azad edilib.
Məlumata görə, rəisin vəzifəsindən azad edilməsinə səbəb Fövqaladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsində aparılan yoxlamalar olub.
İdarə nazirliyin Mərkəzi Aparatının və tabeliyində olan qurumların maddi-texniki təchizatı, maddi-texniki vasitələrin saxlanılması və istismarında ciddi maliyyə pozuntularına yol verib.
KİV-də mütəmadi olaraq Amal Teymurovla bağlı qalmaqallı məlumatlar yayılır.
O, Bilgəhdə milyonluq malikanəsi ilə gündəmə gəlmişdi.