Nazir həbs xəbəri yayılan rəisi işdən qovdu
09-03-2022 12:17 / Bu xəbər 697 dəfə oxundu
"Aztelekom" MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanov vəzifəsindən azad edilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə Sumqayıt Telekommunikasiya Qovşağının rəis əvəzi vəzifəsinə İqbal Süleymanov təyin olunub.
Bir müddət əvvəl "Aztelekom" MMC-nin Daxili Audit Şöbəsi tərəfindən Sumqayıt Telekommunikasiya Qovşağı da daxil olmaqla, müxtəlif tabeli qurumlarda audit yoxlamaları aparıb.
KİV-də Qovşağın rəisi Nəriman Salmanovun həbs xəbəri yayılsa da, "Aztelekom" MMC təkzib etmişdi.












