Nazirin Anar Rzayevə xəbərdarlıq etdiyi bildirilir
17-02-2022 16:53 / Bu xəbər 736 dəfə oxundu
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib.
Bu barədə "Qaynarinfo" məlumat yayıb.
Bildirilir ki, iclasda nazirliyin yanında fəaliyyət gösətərən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İdarə Heyətinin sədri Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər.
Baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradılıb.
Məlumata görə, Rəşad Nəbiyev baş verən hadisəyə görə DANX-ın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, yaxın saatlarda baş verən hadisə ilə bağlı açıqlama veriləcək.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) isə "qaynarinfo"ya bildirilib ki, baş verən hadisəyə görə, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyev vəzifəsindən uzaqlaşdırılmayıb.

Nazirlik hadisə ilə bağlı ayrıca geniş açıqlama yayaraq, sürücülərin etirazına münasibət bildirib.
Nazirliyin mövqeyin görə, etirazçı sürüclərin təmsil olunduğu "R Group Azerbaijan” MMC şirkəti dəfələrlə beynəlxaql qaydaları pozduğuna görə, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) üzvlüyündən çıxarılıb.

Daha ətraflı bu linkdə tanış ola bilərsiniz.












