Neftin qiyməti 10 dollara düşəcək

Neftin qiyməti 10 dollara düşəcək

13-01-2016 02:09 / Bu xəbər 1721 dəfə oxundu

Britaniyanın Standard Chartered bankının analitikləri neftin qiymətlərinin enməsinə dair ən pessimist proqnozu veriblər. 

Onların fikrincə, neftin qiyməti bir barel üçün 10 dollara düşə bilər, Oxu.Az RBK-ya istinadən xəbər verir.

"Biz hesab edirik ki, bazar iştirakçıları baş verənləri qəbul edənə qədər neftin qiyməti bir barel üçün 10 dollara düşə bilər”, - bankın Reuters-in sitat gətirdiyi proqnozlarında deyilir.

Agentlik qeyd edir ki, bir sıra digər bankların da (Barclays, Macquarie, Bank of America, Merill Lynch və Societe Generalе) 2016-cı il üçün neftin qiymətlərinə olan proqnozları pisləşib.

Əsasən Barclays öz proqnozunu 2016-cı ildə Brent və WTI üçün 60-56 dollardan 37 dollara qədər azaldıb.  

Proqnozların pisləşməsi Çində iqtisadi inkişafın sürətinin azalması və neftin yenidən istehsalı ilə bağlıdır.

Wood MacKenzie-nin analitiki Kreyq Makmaxonun sözlərinə görə, neft bazarında yenidən istehsal indi gün ərzində 1,5 milyon bareldən ibarətdir.(oxu.az)