Neftin qiyməti 70 dolları ötdü
01-06-2021 11:37 / Bu xəbər 1345 dəfə oxundu
Dünya bazarında neftin 70 dolları keçib.
"Oilprice.com"-un iyunun 1-də verdiyi xəbərə görə, ICE London qitələrarası birjasında Brent neftinin ixracına dair 2021-ci ilin avqust müqaviləsinin dəyəri 1,25% artaraq 1 barelə görə 70,19 dollar olub.
WTI markalı neftin 1 barelinin qiyməti isə 1,95% artaraq 67,61 dollar təşkil edib.












