"Neptun"un külli miqdarda vergi borcu var
03-09-2024 17:35 / Bu xəbər 1057 dəfə oxundu
"Neptun” Supermarketlər Şəbəkəsi külli miqdarda vergi borcu ödəmir.
"Valyuta.az"ın araşdırmasına görə, Supermarketlər Şəbəkəsinin bu il sentyabr ayının 2-nə yığılmış vergi borcu 128 min 469 manat təşkil edib.
Ötən ilin dekabr ayında isə bu rəqəm 161 min manatdan yüksək olub.
"Neptun-S” MMC kimi dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Anar Nurəddin oğlu Quliyev, nizamnamə kapitalı isə 10 manatdır.
Vergilər Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.