"Nicatın ölkədən niyə getməsini Cahangir Əsgərov yaxşı bilir" - Çempionunun əmisi danışdı

11-08-2016 15:17 / Bu xəbər 2604 dəfə oxundu

"Rio-2016"-da Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov 77 kq çəki dərəcəsində təkanla qaldırma hərəkətində dünya rekordunu yeniləyərək birinci yeri tutub. 

Ümumilikdə 379 kq nəticə göstərən Nicat Rəhimov bütün rəqiblərini üstələyib.

Bu qələbəylə əlaqədar Qaynarinfo.Az-a danışan Nicat Rəhimovun əmisi İlham Rəhimov bildirib ki, qələbədən sonra heç kim onlarla əlaqə saxlamayıb.

İlham Rəhimov qeyd edib ki, Nicatın ölkədən getmə səbəbini Ağır Atletika Fedarasiyasının prezidenti Cahangir Əsgərov yaxşı bilir: "Cahangir Əsgərov milliyə Bolqarıstandan məçqçi gətirdi. Nicat bəzi səbəblərə görə həmin məşqçi ilə yola gemətdi və ölkədən getdi. Nicat gedəndən sonra heç kim onu qaytarmaq üçün cəhd göstərmədi. O gedəndən sonra dekabrın 25-də Amerikada dünya çempionu oldu. Heç bu qələbəsinə reaksiya verilmədi". 

İlham Rəhimovun sözlərinə görə, dünən gecə "Rio-2016"-da dünya rekordunu təzələyərək birinci yeri tutduqdan sonra da nə atasına, nə də onlara rəsmi yerlərdən təbrik gəlməyib: "Görüşü canlı izləyirdik. Çox həyəcanlı idik. Nicat çempion olduqdan sonra onunla əlaqə saxlıya bilməmişik. Amma bu gün danışacağıq".

Xatırladaq ki, Nicat Rəhimov 2013-cü ildə Azərbaycan millisindən qovulub. Bundan sonra Nicat Rəhimov Qazaxıstan millisinin şərəfini qoruyub. 

Arqument.Az