Norveç Helsinki Komitəsi Əziz Orucovu azad etməyə çağırıb
30-11-2023 12:38 / Bu xəbər 914 dəfə oxundu
Norveç Helsinki Komitəsi (NHK) Azərbaycan hakimiyyətini "Kanal 13" İnternet TV-nin direktoru Əziz Orucovu azad etməyə və ona qarşı ittihamları ləğv etməyə çağırıb.
Bu barədə NHK-nin bəyanatında deyilir.
Orucov Azərbaycanda son günlərdə həbs olunan dördüncü jurnalist olub.
Hakimiyyət əvvəlcə hökumətdə korrupsiya faktlarını araşdırdıqlarına görə "Abzas Media" onlayn resursunun üç jurnalistini həbs edib.
NHK-də qeyd edirlər ki, Orucov ilk dəfə təqibə məruz qalmır.
2017-ci ildə məhkəmə onu qanunsuz sahibkarlıqdatəqsirli bilib və 6 il müddətinə azadlıqdan məhrum edib.
Bir il sonra onu şərti azadlığa buraxıblar.