Oğlu itkin düşən ana Vilayət Eyvazova müraciət etdi

Oğlu itkin düşən ana Vilayət Eyvazova müraciət etdi

04-10-2023 11:19 / Bu xəbər 916 dəfə oxundu

Vətəndaş Quliyeva Narqələm Əbdüləli qızı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

 O, paytaxtın Suraxanı rayonu, Yeni Günəşli  q massivi bina 23, mənzil 1 ünvanında yaşayır. 

Vətəndaş nazirə müraciətində bildirib ki, 1983-cü il təvəllüdlü övladı Həsənov Ramin Alxan oğlu evi tərk edərək bir daha geri qayıtmayıb. 

Bu barədə Anaxeber.info-ya dərdini danışan ananın sözlərinə görə, oğlunun mənzildən çıxaraq naməlum istiqamətə getdiyi müşahidə kamerasına da düşüb. Lakin bir aydan çoxdur ki, ondan heç bir xəbər yoxdur. 

İtkin düşən şəxsin ailəsi dəfələrlə Nazirliyin "102" Xidmətinə, Suraxanı rayonu 33-cü polis bölməsinə müraciət etsə də, dediyinə görə, nəticəsi olmayıb. 

Odur ki, nazirə müraciət edərək ondan kömək istəyir. 

Vətəndaş daxili işlər naziri Vilayət Eyvazova müraciətində onun axtarılıb tapılmasında  daxili işlər orqanlarına müvafiq tapşırıq verilməsini xahiş edir. 

O bildirib ki, itkin düşən övladının harada olduğu, öldü-qaldısı bilinmir. 

Ana nazirdən xahiş edib ki, tezliklə axtarışlar aparılsın və Raminin aqibətindən məlumat verilsin: "Bir aydan çoxdur ki, gözümə yuxu getmir. Hər bir valideyn məni yaxşı başa düşər ki, bir ana olaraq hansı hissləri, qorxunu, həyəcanı keçirirəm. Ramin evdən çıxandan sonra ondan xəbər ala bilməmişik. Hara gedib, harda ola bilər, heç nə bilmirik. Mən bu işdə dövlətimə, polisimə güvənirəm. Cənab nazir, siz də atasınız, valideynsiniz, indi nələr yaşadığımı əminəm ki, gözəl anlayırsınız. Sizdən ricam odur ki, övladım barəsində xəbər ala bilim. Raminin az yaşı da yoxdur, uşaq deyil. Hara getdi, necə oldu, bilmirik. Cənab nazir, xahiş edirəm, bizə kömək olun".