Operativ Qərargah: Koronavirusa yoluxan 1617 nəfərdən 1080-i sağalıb
25-04-2020 15:59 / Bu xəbər 1297 dəfə oxundu
Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb
Hazırkı dövrədək ölkəmizdə 1617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1080 nəfər müalicə olunaraq sağalmış, 21 nəfər vəfat etmiş, 516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.












