Osman Kazımov namizədliyini geri götürdü, İsa Qəmbərin bir rəqibi qaldı

Osman Kazımov namizədliyini geri götürdü, İsa Qəmbərin bir rəqibi qaldı

30-04-2024 23:04 / Bu xəbər 766 dəfə oxundu

Müsavat başqanlığına digər namizəd Natiq Mehdidir

Mayın 4-də Müsavat Partiyasının X qurultayı keçiriləcək.

Tədbirdə başqanlığa iki namizəd olacaq.

Bu barədə partiyanın mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı Meydan TV-yə danışıb.

Onun sözlərinə görə, bir həftə əvvəl başqanlığa 3 nəfər namizədliyini irəli sürüb, amma sonradan biri namizədliyini geri götürüb:"Səbail Rayon Təşkilatının üzvü Natiq Mehdi, hüquqşünas Osman Kazımov və Milli Starteji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər. Sonradan Osman Kazımov namizədliyini geri götürdü”.

Müsavat Partiyasının X qurultayı Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək.

Müsavatın hazırki başqanı Arif Hacılıdır.

O, 2014-cü ildə Müsavat Partiyasının başqanı seçilib.

Müsavat Partiyasının sonuncu, IX qurultayı 2019-cu ilin oktyabrında keçirilib.

İsa Qəmbər 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı olub.