"Paşa Bank"ın dəstək verdiyi "Korkmaz Group" MMC-nin külli miqdarda vergi borcu yaranıb

07-12-2022 01:41 / Bu xəbər 1154 dəfə oxundu

Azərbaycanda fəaliyyət göstərən daha bir tikinti şirkətinin külli miqdarda vergi borcu yaranıb. 
 
Qlobal.az xəbər verir ki, hazırda dövlətə külli miqdarda vergi borcu yaranan tikinti şirkətlərindən biri də "Korkmaz Group" Məhdud Məsuliyyətli Cəmiyyətidir. 
 
"Korkmaz Group" MMC-nin vergi borcu 420 min manatdan artıqdır. 
 

 
"Korkmaz Group" MMC 2016-cı ilin avqust ayında dövlət qeydiyyatına alınıb. 
 

 
MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Ruslan Allahverdiyev küçəsi, ev 22 döngə 8, qanuni təmsilçisi isə Cəfərov Heydər Novruz oğludur. 
 
"Korkmaz Group" MMC-nin rəhbəri Mustafa Korkmazdır. 
 
"Korkmaz Group" MMC yarandığı gündən xeyli sayda layihələrə imza atıb. 

Şirkətin indiyədək gördüyü işlərin arasında Regal residence, Park Bayıl, Premium Residence, Hayat Palace, Park Azure, Panorama park, Azure residence, Şüvəlan Park, Amburan mall, Ancore Residence, Yarat ofis və bu kimi iri layihələr yer alır. 
 
"Korkmaz Group" MMC-nin rəhbəri Mustafa Korkmaz çıxışında 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərdiklərini, onların inkişafına 2018-ci ildən tanış olduqları Paşa Bankın dəstək verdiyini qeyd edir. 
 
Şirkət külli miqdarda borcun yaranmasına münasibət bildirməyib.