Pensiyası kəsildiyi üçün baş həkimin maşınını yandırıb

Pensiyası kəsildiyi üçün baş həkimin maşınını yandırıb

28-01-2022 01:43 / Bu xəbər 1077 dəfə oxundu

Şəkidə 34 yaşlı kişinin Dövlət Sosial Müdafiə Fondunun şöbəsini və avtomobili yandırmağa cəhd etməsinin səbəbi bəlli olub.

Yanvarın 25-də günorta saatlarında şəhər sakini, 1988-ci il təvəllüdlü M.Əhmədov DSMF-nin Şəki rayon şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə benzin tökərək bir hissəsini yandırıb.

"Qafqazinfo" xəbər verir ki, yanan "Nissan” markalı avtomobil Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi, 1952-ci il təvəllüdlü Akif Fəxrəddin oğlu Əsədullayevə məxsusdur.

M.Əhmədov ona ayrılan təqaüdün dayandırılmasına görə Akif Əsədullayevi ittiham edib və bu iddia ilə də hadisəni törədib.

2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olduğu deyilən M. Əəhmədov Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.

Faktla bağlı araşdırmaların aparıldığı bildirilir.