"Prokurorluq cərimələnməyib, məhkəmədəki işdən protest verib" (Yenilənib)
06-01-2025 16:04 / Bu xəbər 313 dəfə oxundu
Baş Prokurorluq isə Nərimanov Rayon Prokurorluğunun məhkəməyə verilməsini təkzib edib.
Prokurorluq yayılan xəbərdə yanlışlıqlar olduğunu bildirib.
Qurum qeyd edib ki, Nərimanov Rayon Prokurorluğu məhkəməyə verildiyi üçün deyil, orada gedən proseslərdən biri ilə bağlı protest verib.
Məlumatda deyilir ki, Nərimanov Rayon Prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsilə (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) inzibati xəta haqqında 4 icraat başlanaraq məhkəməyə göndərilib.
"3-ü üzrə məhkəmə tərəfindən inzibati cərimə tətbiq olunub, 1-i üzrə icraata xitam verilib. Məhkəmənin xitam qərarından rayon prokurorluğu tərəfindən apelyasiya protesti verilib", - deyə Baş Prokurorluğun mətbuat xidməti bildirib.
***
Dövlət Əmək Müfəttişliyi Xidməti Nərimanov Rayon Prokurorluğunu cərimələdiyi bildirilir.
Dövlət Əmək Müfəttişliyi Xidməti Nərimanov Rayon Prokurorluğunu cərimələdiyi bildirilir.
Xəbəri "Qaynarinfo" yayıb.
Məlumatına görə, prokuroluğa İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə cərimə yazılıb.
Bu maddə istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi 1000 manatdan 1500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Nərimanov Rayon Prokurorluğu qərardan məhkəməyə şikayət verib.
Şikayətə Nərimanov Rayon Məhkəməsində baxılacaq, Sevinc Quliyeva iş üzrə hakim təyin edilib.