“Qalatasaray“ qələbəni son anda qazandı
01-01-2014 10:04 / Bu xəbər 1650 dəfə oxundu
Futbol üzrə Türkiyə Superliqasında 8-ci tura bir oyunla start verilib.
Son vaxtlar uğursuz çıxışıyla yadda qalan “Qalatasaray” “Türk Telekom Arena”da “Kasımpaşa”nı sınağa çəkib.
41-ci dəqiqədə Adəm Böyükün qoluyla qonaq komanda hesabda önə keçib. Fasiləyə məğlub durumda yollanan “sarı-qırmızılılar” ikinci 45 dəqiqədə oyunda üstünlüyü ələ alıblar. İkinci hissənin əvvəlində Burak Yılmaz tarazlığı bərpa edib. Son dəqiqələrdə təzyiqi artıran “Qalatasaray” Umut Bulutun qolu sayəsində rəqibdən 3 xalı qoparmağı bacarıb və 16 xalla 1-ci yerə yüksəlib. (AzNews.az)
Türkiyə Superliqası 8-ci tur
“Qalatasaray” – “Kasımpaşa” 2:1
Qollar: Burak Yılmaz, 53, Umut Bulut, 90 – Adəm Böyük, 41
Qeyd edək ki, Türkiyə Superliqasının digər oyunları bu gün və sabah keçiriləcək.
1 noyabr
“Gənclərbirliyi” – “Başakşəhər”
“Bursaspor” – “Sivasspor”
“Akhisar” – “Trabzonspor”
2 noyabr
“Qaziantepspor” – “Mesrsin”
“Rizespor” – “Ərciyəsspor”
“Beşiktaş” – “Fənərbaxça”
“Eskişehirspor” – “Balıkesirspor”
“Konyaspor” – “Karabükspor”
Arqument.az












