“Qara bazar” aktivləşdi, banklarda dollar satışına limit qoyuldu – İqtisadi araşdırma

“Qara bazar” aktivləşdi, banklarda dollar satışına limit qoyuldu – İqtisadi araşdırma

31-08-2016 17:18 / Bu xəbər 3019 dəfə oxundu

Azərbaycan Mərkəzi Bankının hər gün üçün açıqladığı məzənnə fərqi artmaqda davam edir. 

Baxmayaraq ki, Mərkəzi Bank devalvasiyanın qarşısında israrla durmağa çalışır, ancaq "üzən” valyuta məzənnəsi rejimi artıq özünü göstərir. Belə ki , son 3 ayda məzənnədə fərq 10% artıb və proses davam edir. Artıq dolların bugünkü məzənnəsi 1.6321 AZN-dir. Ekspertlərin sözlərinə görə, bu belə də davam edəcək, MB mümkün olana qədər məzənnəni  saxlayacaq, əks halda kəskin devalvasiya istisna deyil.

Artıq avqust ayında üçüncü devalvasiyanın qaçılmaz olduğu görünür. Bankların əksəriyyətində dollar məzənnəsinə görə, alış kursu  1.6960; satış kursu isə 1.6970-dir:

Qanunvericiliyə görə isə xarici valyuta alışı və satışına 4%-lik marja tətbiq edilib. Yəni banklar xarici valyutanı, o cümlədən dolları maksimum 4% baha sata bilər və 4% ucuz ala bilər. Əgər buna əməl olunsa dollar 1,6974-ə satılmalı, 1.5667-yə alınmalıdır. Ancaq yuxarıdakı cədvəllə göstərdiyimiz rəqəmlər arasında fərq var. Çünki

bu məzənnə banklara sərf etmir. Ona görə onlar əldə olan məhdud vəsaiti "qara bazar”a yönəltməklə daha baha qiymətə satmağa üstünlük verirlər. "Qara bazar” qanunsuz olduğu üçün orda məzənnə MB tərəfindən müəyyən olunmur. Nəticədə "qara bazar”ın manata təzyiqi dah da artırır.

Artıq 20-yə yaxın bankda dolların satışı dayandırılıb. "Bank Respublika” və "Dəmirbank” avqustun 30-da satışlara 100 dollara kimi, Pakistan Milli Bankının Bakı filial isə 500 dollara kimi limit qoysa da, bu gün üçün dollar satışı tamamilə dayandırılıb.  Bununla da ölkədə dollar satışını dayandıran bankların sayı 17-yə çatdı. Həmin bankların siyahısını təqdim edirik:

Bankların dolların satışının dayandırılması və ya limit qoyması yenidən "qara bazar”ın aktuallaşmasına səbəb olub .

Belə ki, əməkdaşımız "28 may” metrosu ətrafında araşdırma aparan zaman "qara bazar”da insanların aktivliyinin artmasının və bazara müraciət edənlərin sayında artım olduğunun şahidi olub. "Qara bazar”da dolların alış qiyməti 1.70-1.72 manat, satış qiyməti isə 1.73-1.75 civarinda dəyişir. Üstəlik, banklardan fərqli olaraq, "qara bazar”da pul limitlə dəyişmir, yəni insanlar 500-1000 arası alış-satış edə bilirlər. Baxmayaraq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası açıqlamasında bildirir ki,  lazımı tədbirlər görülür. Bundan başqa, "qara bazar” da bizə 3-cü devalvasiyadan xəbərdardır. Onların sozlərinə görə, senyabrda kəskin devalvasiya olacaq. "Qara bazar”la mübarizə aparmaq indiki halda mümkünsüz haldır. Çünki banklardakı dollar qıtlığı insanların bu tip bazarlara üz tutmağa vadar edir.///qaynar.info