Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı elektron xidmət yaradılıb
29-09-2023 13:31 / Bu xəbər 908 dəfə oxundu
Onlara elektron qeydiyyatdan keçmək və Azərbaycanın dövlət xidmətlərindən istifadə etmək təklif olunub
Qarabağ ermənilərinin reinteqrasiyası prosesi çərçivəsində ilk növbədə bölgədə yaşayan şəxslərin qeydiyyatı aparılacaq.
Müraciətlərin qəbulu və qeydiyyata alınma prosesi Dövlət Miqrasiya Xidməti tərəfindən bu məqsədlə yaradılmış xüsusi portal vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Bu barədə Prezident Administrasiyasının məlumatında deyilir.
İlkin qeydiyyat erməni sakinlərin bütün dövlət xidmətlərindən səmərəli şəkildə yararlanmasına, həmçinin sosial-iqtisadi və humanitar ehtiyaclarının qarşılanmasına imkan yaradacaq.
Erməni sakinlər İlkin qeydiyyat üçün reintegration.gov.az portalına və ya aşağıdakı əlaqə vasitələrilə (telefon, WhatsApp, elektron poçt) müraciət edə bilər:
Telefon nömrəsi: +994125260919
WhatsApp: +994705270919
Elektron poçt ünvanı: [email protected]
Əlavə olaraq, yaxın zamanda müraciətlərin yerlərdə qəbulu təşkil ediləcək.