“Qarabağ”- “Seltik”: Hesab açılmadı

“Qarabağ”- “Seltik”: Hesab açılmadı

05-08-2015 23:25 / Bu xəbər 2998 dəfə oxundu

Ağdam komandasının hücumları şəraitində keçən oyunda hesab açılmayıb (0:0).

24–cü dəqiqədə Reynaldo, 29-cu dəqiqədə isə Riçard Almeyda fəqrlənmək imkanı əldə ediblər. Lakin onların zərbələrini rəqib komandanın qapıçısı çətinliklə də olsa dəf edib.

Avqustun 5-də futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin cavab oyununda Azərbaycan çempionu, Ağdamın "Qarabağ” komandası Bakıda Şotlandiya çempionu "Seltik” kollektivini qəbul edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda "Qarabağ”ın ilk on birliyində İbrahim Şehiç, Rəşad Sadıxov, İlqar Qurbanov, Bədəvi Hüseynov, Ansi Aqoli, Qara Qarayev, Riçard Almeyda, Əlhərabi Əl-Jadeyaui, Dani Kintana, Reynaldo və Raydel Pupon yer alıblar.
"Seltik”in isə start heyətində Kreyq Qordon, Emilio İzagire, Virgil van Diyk, Dedrik Boyata, Mikael Lustiq, Nir Biton, Skot Braun, Stuart Armstronq, Qari Meki Steven, Stefan Yohansen və Nadir Çiftçi meydana çıxıblar.

Qarşılaşmanı isveçli hakimlər briqadası idarə edir. Matçın referisi Martin Strömberqsondur. Ona həmyerliləri Daniel Qustavsson, Stefan Hallberq kömək edirlər. Yohan Hamlin isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Görüşün UEFA nümayəndəsi finlandiyalı Peter Lundstrom, hakim-inspektoru isə lüksemburqlu Alan Hamerdir.
"Qarabağ” – "Seltik” matçını izləmək üçün stadiona çoxlu sayda azarkeş gəlib. Onlar əllərində klubun bayrağı ilə "Qarabağ” komandasını dəstəkləyirlər.

Qeyd edək ki, komandalar arasında Şotlandiyada keçirilən ilk oyunda Ağdam təmsilçisi minimal hesabla (0:1) məğlub olmuşdu.
Qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən və mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulan "Qarabağ” həmin mərhələdə Monteneqronun "Rudar” komandasını yarışdan kənarlaşdırıb.