“Qarabağ”-“Sileks” qarşılaşmasında
19-08-2020 03:05 / Bu xəbər 3026 dəfə oxundu
Avqustun 18-də Azərbaycanın "Qarabağ” klubu Çempionlar Liqasının təsnifat mərhələsinin ilk oyununda Şimali Makedoniyanın "Sileks” klubu ilə qarşılaşıb.
Koronavirus pandemiyası ilə əlaqədar olaraq UEFA hər mərhələdə bir oyunun keçirilməsi barədə qərar qəbul edib. Püşkə əsasən, oyun "Qarabağın” meydanında keçirilib.
Hesab 4:0 olub. "Qarabağ” qonaqlara hesabı açmağa imkan verməyib.
"Qarabağın” ikinci təsnifat mərhələsində rəqibi Moldovanın "Şerif” və Lüksemburqun "Fola” cütlüyünün qalibi olacaq.
Azərbaycanı Avropa kuboklarının 2020-2021-ci il mövsümündə daha üç klub – "Neftçi”, "Sumqayıt”, "Keşlə” təmsil edirlər. Həmin klublar Avropa Liqasında yarışacaqlar. Klubların hər üçü oyunlarını avqustun 27-də keçirəcəklər.
"Qarabağ” klubu Çempionlar Liqasının təsnifat mərhələsinin ilk oyunundan fotosessiya