"Qarabağ"dan tarixi uğur
27-08-2015 22:57 / Bu xəbər 3329 dəfə oxundu
Avropa Liqasının "pley-off" mərhələsinə yekun vurulur.
Arqument.Az хəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" cavab matçına evdə çıxıb.
Premyer Liqanın son qalibi İsveçrənin "Yanq Boyz" klubunu qəbul edib. Səfərdə 1:0 hesablı qələbə qazanan "Qarabağ" evdə rəqibini darmadağın edib - 3:0. 4-cü dəqiqədə Reynaldo Silvaya qrşı kobud oynayan Stiv fon Bergen qırmızı vərəqə alıb. Təyin olunan penaltini Riçard Almeyda dəqiq yerinə yetirib. 43-cü dəqiqədə Reynaldo Riçardın ötürməsini qola çevirib. 61-ci dəqiqədə isə Əfran İsmayılov Dani Kintanadan aldığı ötürməni qolla tamamlayıb.
İki oyunun nəticəsinə görə 4:0 hesablı qələbə qazanan "Qarabağ" ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlib.
Qeyd edək ki, "Yanq Boyz" klubu 1898-ci ildə yaradılıb. Bern təmsilçisi 117 illik tariхi ərzində 11 dəfə İsveçrə çempionu, 6 dəfə ölkə kubokunun, 1 dəfə Liqa Kubokunun qalibi olub. Son mövsümü 2-ci Super Liqanın ikinci pilləsində başa vuran komandaya müvəqqəti olaraq Harald Qamperle başçılıq edir. O, "Monako" ilə oyundan sonra istefa verən Uli Forteni əvəzləyib.
"Qarabağ" bu mövsüm avrokuboklarda mübarizəyə Çempionlar Liqasının II təsnifat mərhələsindən başlayıb. Bu mərhələdə Çernoqoriyanın "Rudar" klubunu mübarizədən kənarlaşdıran (0:0, 1:0) Azərbaycan çempionu ardınca "Seltik"ə yenilərək (0:1, 0:0) Avropa Liqasının "pley-off" mərhələsinə düşüb. "Yanq Boyz" isə mübarizəyə Çempionlar Liqasının III təsnifat mərhələsindən start verib və "Monako"ya uduzub (1:3, 0:4).
Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu
27 avqust
21.00 Qarabağ (Azərbaycan) - Yanq Boyz (İsveçrə) 3:0
Qollar: Riçard Almeyda, 4-pen. Reynaldo Silva, 43 (ötürmə - Riçard Almeyda). Əfran İsmayılov, 61 (ötürmə - Dani Kintana).
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (6. Vüqar Mustafayev, 85), 9. Reynaldo Silva, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (29. Raydell Pupon, 71), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev (91. Coşqun Diniyev, 78).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 7. Namiq Yusifov, 19. Azər Salahlı, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Qurban Qurbanov.
Yanq Boyz: 18. İvon Mvoqo, 3. Florent Haderqyonay, 4. Milan Vilotiç, 5. Stiv fon Bergen (k), 6. Leonardo Bertone, 7. Miraləm Süleymani (29. Rafael Nutsolo, 65), 23. Skott Satter, 28. Denis Zəkəriyyə, 30. Aleksandr Qonzales, 31. Yuya Kubo (14. Milan Qayiç, 80), 99. Gilyam Oaro (77. Samuel Afum, 54).
Ehtiyat oyunçular: 1. Marko Volfli, 8. Yan Leçyaks, 20. Haris Tabakoviç, 21. Aleyn Roşa.
Baş məşqçi: Harald Qamperle.
Sarı vərəqələr: Riçard Almeyda, 51 - Aleksandr Qonzales, 16. Leonardo Bertone, 51. Florent Haderqyonay, 88.
Qırmızı vərəqə: Stiv fon Bergen, 4.
Hakimlər: Gediminas Majeyka, Vitautas Simkus, Vitenis Kazlauskas, Sergeyus Sliva (Litva).
Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya).
UEFA nümayəndəsi: Stirbyotn Oskarsson (Finlandiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.