"Qarabağ"ın ÇL-dəki növbəti rəqibi müəyyənləşdi
31-08-2020 14:35 / Bu xəbər 5648 dəfə oxundu
Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşib. İlk 2 mərhələdə Şimali Makedoniyanın "Sileks" (4:0) və Moldovanın "Şerif" (2:1) klublarını mübarizədən kənarlaşdırmış Ağdam komandası bu dəfə Norveç "Mölde"sinə rəqib olub. Təmsilçimiz ilk iki oyundakı kimi yenə rəqibini Bakıda qəbul edəcək.
Qeyd edək ki, oyunlar sentyabrın 15-16-da keçiriləcək və qalib bir oyunun nəticəsinə görə müəyyənləşəcək. Qarşılaşmalar püşk nəticəsində adı birinci göstərilən klubların meydanında olacaq.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar Yolu
Qarabağ (Azərbaycan) - Mölde (Norveç)
Ferentsvaroş (Macarıstan) - Dinamo (Xorvatiya)
Omoniya (Cənubi Kipr) - Srvena Zvezda (Serbiya)
Midtüllann (Danimarka) - Yanq Boyz (İsveçrə)
Makkabi (Təl-Əviv, İsrail) - Dinamo (Brest, Belarus)
Liqa Yolu
PAOK (Yunanıstan) - Benfika (Portuqaliya)
Dinamo (Kiyev, Ukrayna) - Alkmaar (Niderland)
Gent (Belçika) - Rapid (Vyana, Avstriya)