Qaraşovu Sahil Babayevin kadrı əvəzləyə bilər

Qaraşovu Sahil Babayevin kadrı əvəzləyə bilər

07-01-2025 13:29 / Bu xəbər 169 dəfə oxundu

Yaxın günlərdə Lənkəranın icra başçısı Taleh Qaraşovun vəzifəsindən azad ediləcəyi bildirilir. 

Onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda İdarə Heyətinin sədr müavini Mətin Əsgərin əvəzləyəcəyi deyilir. 

Bu barədə "Arqument.az"a etibarlı mənbə məlumat verib. 
 
Mətin Əsgər 2000-2005-ci illərdə Xəzər Universitetində Beynəlxalq hüquq üzrə bakalavr pilləsini bitirib, 2006-2008-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq üzrə magistr dərəcəsi alıb.

O, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır və Sahil Babayevin yaxın kadrlarındandır. 

Onun 2015-2018-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ingilis dilli magistr proqramında "Kommersiya qurumlarının alqı-satqı hüququ” fənnini, 2019-cu ildə "İdman arbitrajı” fənnini tədris edib.

Məsələ ilə bağlı Mətin Əsgərdən və Lənkəran İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.