Qardaşı: "Qubad İbadoğlunun səhhəti kəskin pisləşib"

Qardaşı:

26-09-2023 17:32 / Bu xəbər 817 dəfə oxundu

Ötən həftənin şənbə və bazar günləri Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri (ADR) Qubad İbadoğlunun səhhəti kəskin pisləşib. 

Bu barədə qardaşı Qalib Toğrul "Feysbuk"da məlumat yayıb.

O bildirib ki, şənbə günündən başlayan başağrısı və halsızlığın səbəbləri məlum deyil: "Çünki qardaşım hər hansı müayinədən keçirilmir, qan və digər analizlər aparılmır. Qardaşım özü ona verdiyimiz aparat vasitəsilə qanda şəkərini ölçüb, məlum olub ki, yeməkdən sonra şənbə günü 278 mq/dl, bazar günü isə 374 mq/dl-dir. Müayisə üçün deyim ki, toxluq qan şəkərinin üst səviyyəsi isə 140 mq/dl-dir". 

O iddi edib ki, Azərbaycanın müvafiq hakimiyyət orqanları, o cümlədən qardaşımın tibbi göstəricilərinin saxtalaşdırılmasında müstəsna rol oyanayan Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi Qubad İbadoğluna qarşı tibbi terror həyata keçirir:

"Sentyabrın 20-də Avropa İnsan Haqları Məhkəməsi vəkillərin Qubad İbadoğlunun səhhəti ilə bağlı vəsatətini təmin etmiş, Azərbaycan hakimiyyəti üzərinə qardaşımın səhhəti ilə bağlı məsələləri konkret bəndlər üzrə araşdırmaq (müayinə və müalicələr aparmaq, xsətəxanaya köçürürlmə məsələsini nəzərdən keçirmək və sair) və bu barədə Avropa Məhkəməsini məlumatlandırmaq vəzifəsi qoymuşdu. Belə görünür, ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov, İdarənin Bakı İstintaq Təcridxanası üzrə kuratoru Elnur Məmmədov və Bakı İstintaq Təcridxanasındakı Tibbi Sanitar Hissəsinin rəisi Rəşad Hüseynli Avropa Məhkəməsinin qətnaməsini saymırlar və bu saymazlığın Azərbaycan üçün hansı hüquqi nəticələr doğuracağı veclərinə deyil. Bu üç şəxs Avropa Məhkəməsinə göndərilən sənədlərin hazırlanmasında (saxtalaşdırılmasında) birbaşa iştirak ediblər".

"Onu da deyim ki, Bakı İstintaq Təcridxanasında göstərilən tibbi xidmətin səviyyəsi bərbaddan da aşağı səviyyədədir. Bir-iki fakt deyim, Rəşad Hüseynlinin rəhbərliyi altında təcridxanada saxlanılanlara göstərilən tibb xiddmətin vəziyyəti barədə təsəvvürünüz olsun.
- USM müayinəsindən sonra bədəndəki geli silmək üçün salfetka əvəzinə A4 qrankadan istifadə olunur;
-  Qan analizi götürən zaman gigiyenik normalara məhəl qoyulmur, analiz götürən şəxs əlinə əlcək taxmır, spirt və bu kimi digər dezinfeksiya məhlullarından istifadə olunmur. Qan analizləri kamerada götürülür, daha doğrusu saxlanılan şəxs qolunu qapıdakı nəfəslikdən bayıra uzadır, qan götürülür. Bu prosesdə jqutdan belə istifadə olunmur. Analizlərin acqarına götürülməsindən isə danışmaq yersizdir. Kefləri nə zaman istəyir, qanı o zaman götürürlər. Bir də ki bunun heç mənası da yoxdur, çünki onsuz da nəticələr saxtalaşdırılır;
- Bu günədək qardaşımın hərarəti ölçülməsə də, Avropa Məhkəməsinə göndərilən sənədlərdə bu tibbi prosedurun mütəmadi aparıldığı yazılıb", - deyə Qalib Toğrul bildirib.

Qubad müəllim sonuncu məhkəmə prosesində Elnur Məmmədova və Rəşad Hüseynliyə sual verib ki, siz öz sağlamlığınızı əməkdaşı olduğunuz idarənin həkimlərinə etibar edərsiniz? Hər iki şəxs sussa da, bədən dili ilə "yox” deyib. Sonda məlumat üçün qeyd edim ki, 2023-cü ilin dövlət büdcəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə penitensiar fəaliyyət və tabeliyindəki müəssisələrin saxlanılması üçün 144 milyon manat, tibbi xidmətlərin göstərilməsi üçün isə 13 milyon manata yaxın (ümumilikdə 157 milyon manat) vəsait nəzərə tutulub. Göründüyü kimi, göstərilən xidmət ayrılan vəsaitə qətiyyən adekvat deyil", - o qeyd edib. 

ADR sədri Q.İbadoğlu iyulun 23-də həbs olunub. 

Onun barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib.

Q.İbadoğlu Cinayət Məcəlləsinin (CM) 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. 

Avqustun sonunda ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Hüquq-mühafizə orqanları Q.İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan ilahiyyatçı Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. 

Q.İbadoğlu isə ittihamı qəbul etmir, məhkəmədə onu "saxta" adlandırıb.