"Qəbələ" klubu "Qarabağ"la oyunun təxirə salınmasına əsas görmür
04-12-2020 13:30 / Bu xəbər 1064 dəfə oxundu
"Qəbələ" komandasında daha bir futbolçu koronavirusdan sağalıb.
Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, son olaraq, Ülvi İsgəndərovun test nəticəsi mənfi çıxıb.
Hazırda komandada cəmi 1 aktiv koronavirus xəstəsi var. Bu da Ceyms Adeniyidir. Bunadək 8 oyunçuda infeksiya aşkarlansa da, onların əksəriyyəti sağalıb.
Bu gün komanda üzvləri yenidən test verəcəklər.
Premyer Liqanın XII turunun 4 oyunundan 3-ü - "Keşlə" - "Səbail", "Sabah" - "Neftçi" və "Zirə" - "Sumqayıt" matçları yoluxma səbəbindən təxirə salınıb.
Peşəkar Futbol Liqası bu tur yalnız "Qarabağ" - "Qəbələ" görüşünün keçiriləcəyini açıqlayıb.
Qəbələ" klubu səfər matçının təxirə salınması üçün öz tərəflərindən heç bir əsas görmədiyini bəyan edib.
Qeyd edək ki, dekabrın 6-da keçiriləcək "Qarabağ" - "Qəbələ" qarşılaşması saat 16:00-da start götürəcək.