“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da
26-04-2024 12:08 / Bu xəbər 1423 dəfə oxundu
"28 Mall” TM-də yerləşən "CineMastercard” premium kinoteatrında Demyen Lyuisin kitabı əsasında İkinci Dünya Müharibəsindən bəhs edən "Qeyri-Centlmen İşlər Nazirliyi” döyüş komediyasının premyeradan öncə nümayişi keçirilib.
Filmin rejissoru məşhur britaniyalı Qay Riçidir.
O, aktyorları peşəkarcasına seçməyi və xarizmatik personajlar yaratmağı bacaran rejissorlardan hesab olunur.
Baş rollara Henri Kevil, Eisa Gonsales və Alan Riçson çəkilib.
Bu maraqlı hekayə 1942-ci ildə Böyük Britaniyada baş verən real hadisələr əsasında lentə alınıb.
Filmin qəhrəmanları yaxşıların ən yaxşısıdır.
Təkbaşına hərəkət etməyə vərdiş etmiş macəraçılar və birinci dərəcəli mütəxəssislərdir. Lakin bütün dünyanın taleyi təhlükə altında olduqda, onlar çox gizli bir döyüş bölməsində birləşməli və nasistlərə qarşı cəsarətli bir missiyaya başlamalıdırlar. İndi onların işi müharibədir və onlar bunu tamamilə qeyri-centlmen bir şəkildə aparacaqlar.
Filmin təqdimatında şou-biznes nümayəndələri, jurnalistlər, blogerlər, sahibkarlar və təşkilat rəhbərləri iştirak edib.
Hərbi dekorasiyası, işıq effektləri və canlı musiqi tədbirə xüsusi əhval-ruhiyyə qatıb.
Tədbir filmin nümayişi ilə başa çatıb.
Ülviyyə