Qorxmaz Hüseynovun yaxın qohumu vəzifəsindən azad edildi
25-06-2024 01:55 / Bu xəbər 903 dəfə oxundu
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Nəzarət Ölçü Cihazları İdarəsinin rəisi Eyvaz Hüseynov vəzifəsindən azad edilib.
"Report" xəbər verir ki, onun yerinə Səməd Rzazadə təyin olunub.
O, bundan əvvəl "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-də çalışıb.
E.Hüseynov "Azərsu" ASC-nin keçmiş prezidenti Qorxmaz Hüseynovun yaxın qohumudur.