"Qarabağ" "Barselona"ya qarşı - FOTOLAR

"Qarabağ" "Barselona"ya qarşı   - FOTOLAR

14-01-2014 13:14 / Bu xəbər 4731 dəfə oxundu

"Qarabağ" Azərbaycan futbol tarixində daha bir ilkə imza atıb. 

Qaynar.info xəbər verir ki, Azərbaycanın idman şərəfini Avropada layiqincə təmsil edən Ağdam klubu dünyaca məşhur "Konami" şirkətinin diqqətini cəlb edib.

"Konami" hər il olduğu kimi bu ildə öz məhsulu olan "Pro Evolution Soccer 2015" oyununa bir neçə yeni klub daxil edib. "Qarabağ" həmin klublardan biri olmaqla Azərbaycan tarixində ilkə imza atıb. 

Klubla rəsmi şəkildə əməkdaşlıq edən "Konami" şirkəti noyabr ayının 13-ü "PES 2015" adlı futbol oyununu istifadəyə verib. Hər kəs bu oyunda "Qarabağ"ı seçməklə futboldan zövq ala bilər.

Arqument.Az