"Qarabağ"ın qələbəsi gecə Bakını coşdurdu - VİDEO

"Qarabağ"ın qələbəsi gecə Bakını coşdurdu   - VİDEO

24-01-2014 13:49 / Bu xəbər 1879 dəfə oxundu

Avroliqanın qrup mərhələsində Kiyevin “Olimpiya” stadionunda “Dnepr” klubu ilə üzləşən “Qarabağ”ın minimal hesablı qələbəsi Bakıda da azarkeşlər tərəfindən qeyd olunub. 

ANS TV-nin məlumatına görə, Azadlıq meydanı və şəhərin müxtəlif nöqtələrinə toplaşan azarkeşlər sevimli komandalarına sevgilərini nümayiş etdiriblər. Onlar sevinclərini “Qarabağ”ı dəstəkləyən şüarlar səsləndirməklə və rəqs etməklə nümayiş etdiriblər.

Bu qələbə ilə Ağdam təmsilçisi qrup mərhələsində qələbə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşdü. Qurban Qurbanovun yetirmələri həmçinin qrup mərhələsində səfərdə 3 xala sevinən birinci Azərbaycan komandası oldu. Bu qələbə ilə Ağdamlılar qrupda irələliləyərək “İnter”dən sonra ikinci yerə yüksəldilər. 

Komandamız növbəti oyununu noyabr 6 Bakıda keçirəcək. Bu dəfə “Qarabağ” öz meydanında enidən “Dnepr” klubunu sınağa çəkəcək.

Arqument.az