“Rabitəbank” 9 ayda 77 milyon itirib
14-10-2024 17:26 / Bu xəbər 583 dəfə oxundu
Azərbaycanda acınacaqlı durumda olan banklardan biri də "Rabitəbank”dır.
"Tribunainfo.az" xəbər verir ki, bu bankdan əhali və şirkətlər 9 ayda 77.5 milyon manat depozit çıxarıblar.
Mütəxəssislər bildirirlər ki, belə davam edərsə, bankın aqibəti yaxşı olmayacaq. Buna səbəb də maliyyə durumunun getdikcə zəifləməsi göstərilir.
"Rabitəbank”ASC-nin sədri postunda yenidir. Belə ki, 3 may 2021-ci il tarixindən etibarən bankın İdarə Heyətinə sədrlik vəzifəsi daha öncə Müşahidə Şurası Sədrinin müavini olan Aydın Hüseynova tapşırılıb.
Ölkədə ilk 10 iri bankdan biri olan "Rabitəbank”ın reytinqinin aşağı düşməsi prosesi 2023-cü ilə təsadüf edib.
1993-cü ildə yaradılan "Rabitəbank”ın nizamnamə kapitalı 101,3 milyon manat təşkil edir.
Bankdan əmanətçilərin 77 milyon manat çıxarması isə onun nəinki axsamasına, hətta müflis olmasına qədər prosesi daşıya bilər.
"Rabitəbank”ın səhmlərinin 40,6 %-i Rauf Əliyevə ("Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 30 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11 %-i Dilarə Nuriyevaya, 7,6 %-i Seyran Nuriyevə (Bankın Baş direktoru), 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.