Ramin Bayramlının təyin etdiyi qalmaqallı direktor işdən çıxarıldı

Ramin Bayramlının təyin etdiyi qalmaqallı direktor işdən çıxarıldı

29-12-2023 13:50 / Bu xəbər 920 dəfə oxundu

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş direktoru işdən çıxarılıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmri ilə  Azadxanov Elnur Ramazan oğlu vəzifəsindən azad olunub. 

Onun hansısa bir yerə təyinat alması ilə bağlı məlumat yoxdur. 

2020-ci ilin mart ayında Elnur Azadxanov TƏBİB İdarə Heyətinin sabiq sədri Ramin Bayramlı əmri ilə sözügedən vəzifəyə təyinat almışdı. 

Onun adı bir neçə qalmaqlda hallanıb.