Ramiz Mehdiyevin köməkçisi saxlanıldı

Ramiz Mehdiyevin köməkçisi saxlanıldı

14-02-2022 22:18 / Bu xəbər 2181 dəfə oxundu

AMEA Prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurban oğlu Əmirov saxlanılıb.

Xəbəri "Unikal.org" yayıb.
 
Bildirilir ki, E. Əmirov hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı tutulub. 

E. Əmirov bu gün AMEA Prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin baldızı oğludur. 

O, R. Mehdiyevin Prezident Adminstrasiyasında rəhbər olduğu vaxtlar onun köməkçisi də işləyib.