Ramiz Mehdiyevin köməkçisini “Bandotdel” saxlayıb - Rəsmi

Ramiz Mehdiyevin köməkçisini “Bandotdel” saxlayıb - Rəsmi

15-02-2022 12:00 / Bu xəbər 937 dəfə oxundu

Eldar Əmirovun "Bandotdel”də saxlanıldığı bildirilir

AMEA Prezidenti katibliyinin rəisi Eldar Əmirov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlmat yayıb.

DİN-in Mətbuat xidmətinin rəisi Ehsan Zahidov Meydan TV-yə deyib ki, Eldar Əmirov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel”) tərəfindən saxlanılıb.

DİN rəsmisi bildirib ki, Eldar Əmirov barəsində idarəyə şikayət daxil olub: "O, şikayətin araşdırılması məqsədi ilə saxlanılıb və hazırda araşdırmalar davam etdirilir”.

Eldar Əmirov 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri vəzifəsini daşıyan Ramiz Mehdiyevin köməkçisi olub.

R.Mehdiyev fevralın 14-də AMEA Prezidenti vəzifəsindən istefa verdiyini bildirib.