Ramiz Mehdiyevin vəziyyəti ağırlaşıb, İsrailə aparılıb (Yenilənib)

Ramiz Mehdiyevin vəziyyəti ağırlaşıb, İsrailə aparılıb (Yenilənib)

04-03-2024 13:59 / Bu xəbər 844 dəfə oxundu

Prezident Administrasiyasının eks-rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb.

"Gununsesi.info" xəbər verir ki, sabiq PA rəhbəri bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb.

Bildirilir ki, bir sutka həkim nəzarəti altında qalan 85 yaşlı Mehdiyevi ailəsinin istəyinə əsasən özəl təyyarə ilə İsrailə aparıblar.
 
***
 
Məsələ ilə bağlı "Unikal”a açıqlama verən Ramiz Mehdiyev bildirib ki, yayılan məlumatlar yalandır.

"Mənim səhhətimdə heç bir problem yoxdur. "Check-up” müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir, ya iki dəfə baş verən bir haldır. Başqa heç bir yerə getməmişəm. Məgər mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”, - deyə o qeyd edib.