Rasim Balayev xəstəxanaya yerləşdirilib

Rasim Balayev xəstəxanaya yerləşdirilib

06-05-2022 14:17 / Bu xəbər 2315 dəfə oxundu

Azərbaycanın Xalq artisti, aktyor Rasim Balayev xəstəxanaya yerləşdirilib.

Bu barədə məlumatı "Report” yayıb.

Xalq artisti hazırda xəstəxanada müalicə aldığını bildirib.

"Ötən gün əməliyyat olundum. Mədəmdə polip vardı, həkimlər onu götürdülər. Hazırda yaxşıyam. Bu gün son yoxlanışlardan keçib, evə buraxılacam”, - Rasim Balayev qeyd edib.

74 yaşlı Xalq artisti iki ay əvvəl səhhətində yaranan narahatlığa görə, uroloji əməliyyat olmuşdu.