Rəbiyyə Məmmədovanın anasına hücum edilib

Rəbiyyə Məmmədovanın anasına hücum edilib

04-06-2022 00:26 / Bu xəbər 1075 dəfə oxundu

İctimai fəal Rəbiyyə Məmmədovanın anasına hücum edilib.

Bu barədə fəal özü məlumat yayıb.

"Hər kəs bilir ki, mənim anam süpürgəçidir, bunan da utanmıram, ali təhsili qadın yaşına görə iş tapa bilmir, pensiya yaşı da çatmayıb deyə süpürgəçi işləyir. Görüşdən evimə getdiyim yerdə anam zəng edib deyir ki, işdə olduğu vaxt ona, sənin qızın pozğundur, əxlaqsızdır, fahişədir deyib, başqa bir süpürgəçi qadın tərəfindən döydürüblər", - fəal belə yazıb.

O bildirib ki, artıq onunla bağlı qırmızı xətti keçiblər: "Bu artıq bütün qırmızı xətləri keçməkdir. Artıq bunlar üçün heç bir əxlaq anlayışı qalmayıb. 102-yə rəsmi şikayət etmişəm. 43-cü polis bölməsinə yönləndiriblər, o polis bölməsinə ki dəfələrlə müraciətim olub, heç bir işim araşdırılmayıb”.

Rəbiyyə Məmmədova 2020-ci ildə 10 saylı Binəqədi 3-cü seçki dairəsindən deputatlığa namizəd olub.