Regional idarənin müdir müavini və sektor müdiri qəzaya düşdü: biri komadadır

Regional idarənin müdir müavini və sektor müdiri qəzaya düşdü: biri komadadır

13-03-2024 18:21 / Bu xəbər 947 dəfə oxundu

Martın 8-də  Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Lerik Rayon Təhsil Sektorunun müdiri Zöhrab Salayev və regional idarənin mühasibi Qubada qəzaya düşüblər. 

Hadisə şahidləri "Arqument.az"a bildiriblər ki, ağır qəzada xəsarət alan hər üç şəxs xəstəxanaya yerləşdirilib. 

Bildirilir ki, Lerik Rayon Təhsil Sektorunun müdiri Zöhrab Salayev hazırda "Modern" Hospitalda komadadır. 

Rəhim Rəhimov və mühasib isə müxtəlif dərəcəli xəsarətlər alıblar. 

Onların Qubaya hansı məqsədlə getdiyi açıqlanmır. 

Bundan başqa, xəbərin mediaya çıxmasının da qarşısı alınıb. 

İndiyədək bu barədə media heç bir məlumat yaymayıb. 

 "Modern" Hospitaldan məsələyə münasibət öyrənmək mümkün olmayıb.