Rəhim Qazıyev başından xəsarət alıb

Rəhim Qazıyev başından xəsarət alıb

13-06-2020 14:01 / Bu xəbər 2082 dəfə oxundu

Sabiq nazir naməlum şəxs tərəfindən vurulduğunu deyir

Sabiq müdafiə naziri Rəhim Qazıyev iyunun 12-də günün ikinci yarısında naməlum şəxs tərəfindən küt alətlə vurulduğunu deyir. 

Nəticədə sabiq nazir başından ağır xəsarət alıb.

Bu barədə Rəhim Qazıyev özü Meydan TV-yə danışıb.

Rəhim Qazıyevin sözlərinə görə, onu vuran şəxsi görməyib, hadisə bir anda baş verib: "Bir də hiss etdim ki, başımdan ağır zərbə dəydi, ayağa qalxanda qan içindəydim. Ətrafdakı adamlar su gətirdilər, özümə gələndən sonra yaxınlıqdakı polisə getdim”.

Hadisə Yasamal rayon ərazisində baş verdiyindən sabiq nazir 28-ci Polis Bölməsində ifadə verib: "İndi Yasamal Rayon Polis İdarəsinə müstəntiqlə görüşməyə gedirəm”.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi Elşad Hacıyev sabiq nazir Rəhim Qazıyevin xəsarət alması ilə bağlı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıldığını bildirib.

E.Hacıyev hadisənin törədilməsində şübhəli şəxsin olduğunu, ancaq hazırda araşdrımaların aparıldığını deyərək geniş danışmayıb.

Rəhim Qazıyev 1992-1993-cü illərdə Azərbaycanın müdafiə naziri olub.