Zakir Qaralovun şirkətinin 1 milyona yaxın vergi borcu var

Zakir Qaralovun şirkətinin 1 milyona yaxın vergi borcu var

23-06-2020 11:55 / Bu xəbər 1634 dəfə oxundu

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilir ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 980 min 418 manat vergi borcu var.

Xatırladaq ki, tikinti sektorunun şirkətlərdən biri olan "Akkord” Korporasiyası infrastruktur layihələrinin, ictimai obyektlərin tikintisi, inşaat materiallarının istehsalı üzrə ixtisaslaşmışdır.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 75 594 365 manatdır.

Akkord Şirkətlər Qrupu sabiq Baş prokuror Zakir Qaralova məxsusdur.