“Respublikanski”də həkimlər kütləvi işdən çıxarıldığı bildirilir: "TƏBİB şikayətlərimizə baxmır"

“Respublikanski”də həkimlər kütləvi işdən çıxarıldığı bildirilir:

25-02-2024 17:32 / Bu xəbər 785 dəfə oxundu

2022-ci ilin son günlərində Respublika Klinik Xəstəxanasına ( "Respublikanski xəstəxana”) direktor təyin olunan Elviz Qasımovdan narazılıqlar var. 

Xəstəxanada çalışan 250 nəfərdən çox həkim və tibb işçisini işdən uzaqlaşdırıldığı bildirilir. Əvəzində isə 300-dən çox işçini işə qəbul edib.

Şikayətçilər "Aztoday.az"a deyiblər ki, həkimləri işdən uzaqlaşdıran direktordan TƏBİB-ə edilən şikayətlərə baxılmır. 

Məsələn, ginekologiya şöbəsinin cərrah mama-ginekoloqu Bahar Novruzovanın Elviz Qasımovun qanunsuz əməllərindən etdiyi şikayətlərlə bağlı heç bir tədbir görülməyib.

Xəstəxanada həkimlər mühafizə xidməti tərəfindən əməlli başlı yoxlanılır. 

Mühafizə xidməti bir növ həkimlər üçün kabusa çevrilib. Həmçinin hər bir şöbədə baş həkimə xəbər çatdıran işçilər yerləşdirilib. 

Həmin işçilərin ixtisaslarının işə uyğunluğuna isə əhəmiyyət verilmir.

Bildirilir ki, xəstəxanada əvvəlki vaxtla müqayisədə heç nə dəyişməyib. Yenə şöbələr üçün nəzərdə tutulan dərmanlar və başqa məhsullar şöbələrə verilmir.

Bir müddət əvvəl "Respublikanski xəstəxana”dan edilən şikayətlərdə bildirilirdi ki, Elvis Qasımov 1962-ci ildən akademik Əziz Əliyev adını daşıyan Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutu ilə (ADHTİ) xəstəxana arasında illər əvvəl bağlanmış birgə fəaliyyət müqaviləsini yoxmuş kimi sayır. 

Kafedra işçilərini RKX bazasında yerləşən həkim otaqlarından kobudca qovmağa və həmin otaqlara həkimlər arasında gizli qeyri-qanuni videoçəkilişlər aparan, gizli səsyazılırı edən aparan və həkim kollektivi arasında idarəolunan intriqalar yaradan savadsız, təcrübəsiz cavan qızlar otuzdurulur. 

ADHTİ rektoru Nazim Qasımov isə Elviz Qasımova qarşı dirəniş göstərmir. 

"5-20 il ərzində gərgin iş şəraitində işləyərək praktiki təcrübə qazanmış reanimatoloq, kardioloq, mama-ginekoloq və s kimi həkimlər üzgün və pərişan halda RKX-nın dəhlizlərində nə edəcəklərini bilmirlər. Əslən Qərbi Azərbaycandan olan TƏBİB-in nümayəndəsi direktor Elviz Qasımov əslən Qaxdan olan Səhiyyə Nazirliyi nümayəndəsi rektor Nazim Qasımovu ciddiyə almır. Çünki Elvizs Qasımov gözqorxutmaq üçünmü, yaxud lovğalanmaq üçünmü özü yaydığı yalan məlumata görə, guya "Mərkəzi Klinik Xəstəxanası”ında sıravi həkim işlədiyi vaxtdan ölkə rəhbərliyində çalışan şəxslərin travmotolq-həkimi olub, ona görə də onu əvvəlcə "Elmi Tədqiqat Ortopedik və Travmotologiya” İnstitutuna, ordan da indiki "Respublika Klinik Xəstəxanası Publik Hüquqi Şəxs”ə direktor təyin ediblər. Hərçənd Elviz Qasımov RKX-ya gəldikdən sonra idarəçilikdə baş verən səriştəsizlik göz önündədir”, – deyə narazı tibb işçiləri bildiriblər.

Onların sözlərinə görə, Elviz Qasımov kafedra həkimlərini bir-bir çağırıb: "Sizə ehtiyacımız yoxdur, ərizənizi yazın!”, – deyir.

Şikayətlərlə bağlı Respublika Klinik Xəstəxanasından münasibət öyrənmək mümkün olmayıb.