Rüfət Muradlının həbsindən şikayəti təmin edilmədi
08-12-2023 02:32 / Bu xəbər 1233 dəfə oxundu
Dekabrın 7-də Bakı Apellyasiya Məhkəməsi Kanal-13 İnternet televiziyasının aparıcısı, Azərbaycan Demokratiya və Rifah partiyasının İdarə Heyətinin üzvü Rüfət Muradlının 30 sutka inzibati həbsindən şikayəti təmin etməyib.
Bu barədə "Turan"a vəkil Nazim Musayev bildirib.
O, Muradlının həbsi üçün əsasın olmadığını bildirib.
"İnzibati xətanın törədilməsinə dair polis protokolundan başqa heç bir dəlil yoxdur. Orada yazılıb ki, Muradlı "nalayiq sözlər söyləyib", "polisə tabe olmamaq" barədə isə heç nə yoxdur. Xətai məhkəməsi istintaq aparmadan onu 30 sutka həbs edib", - vəkil deyib.
Apelyasiya Məhkəməsinin hakimi Fərid Eyyubov müdafiə tərəfin vəsatətlərinin heç birini, o cümlədən jurnalistlərin zala buraxılması barədə vəsatəti təmin etmədən həbs qərarını qüvvədə saxlayıb.