Rus nazir Avropaya səsləndi

Rus nazir Avropaya səsləndi

12-06-2015 14:42 / Bu xəbər 1975 dəfə oxundu

"Bakıdakı Avropa Oyunları bitəndən dərhal sonra yay idman növləri üzrə bütün beynəlxalq federasiya rəhbərləri bir yerə toplaşmalı və öz təqvimləri üzərində əməlli-başlı işləməlidirlər. Dörd il sonra keçiriləcək növbəti Avropa Oyunlarında qitənin ən güclü idmançıları iştirak etməlidirlər".

ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın idman naziri Vitali Mutko jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, belə yüksək səviyyəli yarışlarda bütün idman növləri üzrə ən güclü Avropa idmançıları yarışmalıdırlar.

Xatırladaq ki, bu gündən etibarən paytaxt Bakıda ilk Avropa Oyunları start götürür. Yarışlarda idmançılar 20 idman növü üzrə 253 medal uğrunda mübarizə aparacaqlar. Bakı-2015 iyunun 28-dək davam edəcək.