Rusiya MN: “Dağlıq Qarabağdan Kiyev və Zaporojye vilayətinə yardım göndərilib”
07-03-2022 23:05 / Bu xəbər 765 dəfə oxundu
Rusiyanın Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev humanitar yardımlarla bağlı açıqlama verib.
"Suriyadan 50 ton ərzaq, Kiyev və Zaporojye vilayətlərinin sakinləri üçün isə Dağlıq Qarabağdan 14 ton zəruri mallar gətirilib”, - deyə o bildirib.
Azərbaycan Müdafiə Nazirliyi M.Mizintsevin açıqlamasını "qəbuledilməz” adlandırıb.
Nazirliyin yaydığı məlumatda qeyd olunub ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada "Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir.












