Rusiya-Qərb savaşında qazanan kim olacaq?

Rusiya-Qərb savaşında qazanan kim olacaq?

27-02-2022 03:18 / Bu xəbər 1276 dəfə oxundu

Ruslan İzzətli

Rusiya NATO-nun 1999-2004-cü illər genişlənmə siyasətinə qarşı siyasət qoya bilmədi. 

Nəticədə İsveç, Finladiya və Ukrayna istisna olmaqla Rusiyanın qərb sərhədləri artıq NATO üzvləridir.

Ukraynanın Avropa Birliyinə inteqrasiyası və NATO üzvlüyünə təbii ki, səssiz qala bilməzdi. Putin mətbuata açıqlamasında da bunu təhlükəsizlik təhdidi kimi gördüyünü dəfələrlə ifadə edib. 

Hətta çıxışlarının birində bildirdi ki, Ukrayna NATO üzvü olarsa, Krım Rusiyadan alınacaq. Çünki NATO 5-ci maddəsinə görə, üzv ölkələrin biri hərbi savaşa girərsə, digər üzvlər dəstək verəcək. Putin NATO-nun 5-ci maddəsini nəzərdə tutaraq Rusiyanın NATO ilə birbaşa savaşa girəcək gücdə olmadığını da bildirib. 

Ukrayna məsələsində Rusiyanın Qərblə krizə girməsi qacınılmaz idi. Çox güman ki, Putin Ukraynaya savaş elan edəndə Almaniyanın 1940-cı illərdə SSİ-yə qarşı hazırladığı "Barbarossa" əməliyyatı kimi əməliyyat nəzərdə tutmuşdu: Ukraynanın şərqin işğal etmək, Kiyevə hücumla Zeleniskini hakimiyyətdən devirmək, Ukraynada Rusiya yaxın birini hakimiyyəti gətirərək Qərbə inteqrasiyasının qarşısını almaq. 

Putin savaşın ilk günü başarılı görünürdü, çünki Zeleniskinin "Qərb bizi yalnız qoydu" açıqlamaları ümidsizlik yaratdı. Amma savaşın ikinci günündə Qərbin, xüsusilə Böyük Britanıyanı apardığı aktiv diplomatiya Ukraynaya dəstəyi artırdı. Qərb ardı-arda sanksiyalar tətbiq edir, Ukraynaya iqtisadi, hərbi dəstək verir. Bununla paralel Ukrayna xalqı işğala qarşı dirənir. Bütün bunların fonunda proses Putinin əlehinə işləyir. 

Ukraynın Qərbə inteqrasiyası, təbii ki, Rusiyanın bu ölkəyə savaş açacağını və bu proseslə barışmaycağını göstərirdi. Buna görə ABŞ dəfələrlə Rusiyanın Ukraynanı işğal edəcəyini bildirir, bu yöndə Putinə qarşı koalisiyanı gücləndirdi. 

Putinə qarşı qurulan koalisiya və Qərbin təzyiqləri "soyuq müharibə" dönəmini xatırladır. Sadəcə "soyuq savaş" dönəmində fərqli olaraq Rusiyanın Varşava Müqaviləsi Təşkilatı kimi ittifaqı yoxdur. Rusiyanı indiki stuasiyada yalnız Belrusiya və Suriya açıq dəstəkləyir.

İndiki proses Ukraynanın dirnişindən asılıdır. Çünki NATO açıq savaşa girə bilmir, amma hərbi və maddi dəstək verir. Onu bilirəm ki, Ukrayna-Rusiya savaşı uzandıqca itirən Putin rejimi olur. 

Putin zamanın onun əlehinə işlədiyini anlayır və daha da aqressivləşəcək. Çünki Putinin bu savaşda məğlub çıxması onun imperiya siyasəti arzularına ciddə zərbə olacaq.

Qərb Rusiya-Ukrayna savaşında nə qazanacaq?

Qərb prosesin qalibidir. Çünki artıq Gürcüstan toplumunda olduğu kimi, Ukrayna toplumunda da anti-Rusiya mövqei güclənəcək. İkinci, Rusiya qarşı sanksiyalar, çox güman ki, savaşdan sonra da dayanmayacaq. 

Qərb 2025-ci ildə Rusiyada keçirilən prezident seçkilərini hədəfləyəcək addımlar atılacaq. Yorğun rus çarını Qərb hakimiyyətdən yıxmaq və Rusiya daxilində xalqı ayağa qaldırmaq üçün sanksiyaların daha təsirli olmasına çalışacaq. 

Azərbaycan indiki situasiyada nə etməlidir? 

Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozduğu zaman (qondarma Donesk və Luqansın "respublikaları"nı tanıması) Moskvada İlham Əliyevlə Putin arasında Moskva Bəyannaməsinin imzalanması ölkəmiz adına uğurlu addım deyildi. 

Rusiyanın Ukraynaya savaş açdığı iki gündə Azərbaycan hakimiyyəti tam səssiz qaldı. Amma NATO üzvü olan Türkiyənin Ukraynadan tərəf açıq mövqeyi, Qərbin Rusiyaya qarşı sərt davranışı və ölkə daxilində də xalqın Ukraynaya dəstəyi hakimiyyətin səssizliyini pozdu. Ukraynaya humanitar yardım etmək qərarına gəldi. Eyni addımı 2008-ci ildə Rusiya-Gürcüstan savaşında da müşahidə etmişdik. 

Ukrayna-Rusiya savaşının uzanması təbii ki, Azərbaycan üçün arzuolunmaz durumdur. Çünki Rusiyadan sonra əsas müttəfikinin Ukrayna yanında olması Azərbaycanı daha da çətin duruma salır. İndiki durum 2015-ci ildə Türkiyə-Rusiya arasında yaşanan "uçak krizi"’ni xatırladır. O zaman da Azərbaycan üçün çətin durum idi. Çünki iki müttəfiqinin qarşı-qarşıya gəlməsindən Azərbaycan seçim edə bilmirdi. 

Türkiyə ilə yanaşı, Ukrayna GUAM daxilində də Azərbaycanın müttəfiqidir. GUAM üzv ölkələrinin götürdükləri qarşılıqlı öhdəlikləri var. Azərbaycanın açıq Ukraynaya siyasi dəstəyi olmayacaq. Prosesin masada həll edilməsinə çalışacaq. Bunun üçün Rusiya və Ukrayna arasında vasitəçi rolu oynamağa çalışacaq. Amma artıq Rusiya-Ukrayna məsələsi masada həll ediləcək durumdadırmı? Çünki hər iki tərəf masada oturmaq üçün şərtləri olacaq. İndiki sutiasiyada bu görünmür. Əgər Ukrayna dirənə biləcəksə, Putinin masada şərtlərini qəbul etməyəcək.

Ümumilikdə Rusiyanın Ukraynaya savaşı Cənubi Qafqaz ölkələri, habelə Şərqi Avropa və Orta Asiya ölkələri üçün önəli məsələdir. 

Yorğun çarın imperiya sevdası Ukraynada boğulacaqsa, qeyd etdiyim digər çoğrafiyalarda olan ölkələr də Putinin imperiya siyasətinin qurbanı olmaqdan qurtulacaqlar. Təbii ki, həmin çoğrafiyada olan ölkələrində istəklərindən asılıdır. 

Yazıdakı fikirər müəllifin şəxsi mülahizələridir.