Rusiyada da prezident seçkilərinin vaxtı açıqladı
07-12-2023 15:52 / Bu xəbər 950 dəfə oxundu
Ella Pamfilova: "İlk dəfə seçkilər "zəhərli" geosiyasi atmosferdə keçiriləcək"
2024-cü ilin martın 17-də Rusiyada prezident seçkiləri keçiriləcək.
Bu barədə dekabrın 7-də Rusiya Federal Məclisinin Federasiya Şurası qərar qəbul edib.
Federasiya Şurasının spikeri Valentina Matvienko qeyd edib ki, bu qərar əsas etibarilə seçki kampaniyasının başlanğıcını göstərir.
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, ölkənin müasir tarixində ilk dəfə prezident seçkiləri belə "zəhərli" geosiyasi atmosferdə keçiriləcək.
Rusiya Konstitusiyasına görə, dövlət başçısı altı il müddətinə seçilir.
Rusiyada sonuncu dəfə prezident seçkiləri 2018-ci ilin martında keçirilib.
Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı prezidenti həmin seçkilərdə Vladimir Putin 76,69 faiz səs toplamışdı.
Əgər 2000-ci ildən 2008-ci ilə qədər prezidentlik müddətini nəzərə aldıqda Vladimir Putin dördüncü dəfə Rusiyanın Prezidenti seçilib.
2008-2012-ci illərdə Rusiyanın Prezidenti Dmitri Medvedyev olub.
O, hazırda Təhlükəsizlik Şurasının sədridir.