Sabah Bakıda güclü külək əsəcək
17-04-2023 17:49 / Bu xəbər 965 dəfə oxundu
Bakıda və Abşeron yarımadasında aprelin 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, mülayim cənub küləyi günün birinci yarısında arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.
Atmosfer təzyiqi 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək.
Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda az yağıntılı olacağı ehtimalı var.
Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22°, bəzi yerlərdə 24° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.












