Sabiq deputat: "İlham Əliyev prezident seçiləndən Milli Qəhrəman adına layiqdir"

Sabiq deputat:

17-04-2020 13:10 / Bu xəbər 1568 dəfə oxundu

"Cənab İlham Əliyev Prezident seçilən ilk gündən bəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq olub. Bu adı Azərbaycan xalqı ona layiq görür".

Bu fikirləri Demokrat.az-a Milli Məclisin sabiq deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov bildirib.

General deyib ki, hər bir dövlət İlham Əliyev kimi qəhrəman liderinin olmasını arzulayır: "Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun məhz İlham Əliyev kimi ağıllı və dünyada böyük nüfuza sahib olan lideri var. Cənab İlham Əluiyev prezident seçilən gündən bəri Azərbaycanın Milli Qəhrəmanı adına layiqdir. Çünki cənab Prezidentimizin indiyədək gördüyü bütün işlər Azərbaycan xalqı üçün qəhrəmanlıq hərəkətidir. Çox sevinərdim ki, Azərbaycan xalqı çıxıb bir daha bu istəklərini dilə gətirsinlər. Bu gün koronovirusla mübarizə sahəsində Azərbaycan ön sıralarda gedən ölkələrdən biridir. Bu bəladan ən az itki verən ölkələrdən biri məhz Azərbaycandır. Şübhəsiz ki, bütün bunların səbəbi Azərbaycanın İlham Əliyev kimi güclü Prezidentinin olmasıdır. Bu gün Azərbaycan xalqında birlik və bir-birlərinə əl tutmaq kimi hümanist addımlar da məhz dövlətin başında dayanan liderin nümunəvi hərəkətlərindən qaynaqlanır. Adətən alədə də övladlar evin böyüyünə baxıb nümunə götürər. Bizim də böyüyümüz cənab Prezident İlham Əliyevdir. Azərbaycan xalqı olaraq biz ona baxıb yaxşı nümunələr götürürük".

Qeyd edək ki, bir neçə gün öncə professor Nizaməddin Şəmsizadə Milli Məclisə koronavirusla mübarizəyə görə Azərbaycan Prezidentinə Milli Qəhrəman adının verilməsi təklifi ilə müraciət edib.