Sabunçu rayonunda dəm qazından üç ölüm faktının baş verdiyi bildirilir
21-01-2025 18:01 / Bu xəbər 102 dəfə oxundu
Faktla bağlı araşdırma aparılır
Bakının Sabunçu rayonu ərazisində müxtəlif ünvanlarda eyni vaxtda dəm qazından üç ölüm faktı qeydə alınıb.
1977-ci il təvəllüdlü İlqar İsmayılov, 1982-ci il təvəllüdlü Andrey Lakutin və 1971-ci il təvəllüdlü İrina Kərimova yaşadıqları evlərdə dəm qazından boğulublar.
Sabunçu Rayon Prokurorluğundan Meydan TV-yə bildiriblər ki, faktla bağlı araşdırma aparılır.