Şagirdlər “Tais ikf”nin məhsullarından zəhərlənib? - "Rəhbərlik deyib ki, heç bir məlumat verilməsin"
07-04-2023 08:07 / Bu xəbər 796 dəfə oxundu
A. Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin aşağı sinif şagirdləri arasında kütləvi zəhərlənmə olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı məlumatda bildirilir ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən "Tais ikf” MMC-dir. Məlumata görə, aprelin 6-da məktəb-liseyin bufetindən toyuq əti yeyən uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub.
"Teleqraf.com" məsələ ilə bağlı adıçəkilən şirkətlə əlaqə saxlayıb.
Şirkətdən bu haqda məlumat verə bilmədiklərin bildirilib: "Rəhbərlik deyib ki, heç bir məlumat verilməsin. Bu, bizlik deyil".
Bəli, A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyində iaşə xidməti göstərən bizim şirkətdir. Bilmirəm nə vaxt, amma şirkət bu haqda məlumat yayacaq”, - deyə qeyd olunub.












