Sayt rəhbəri aclıq elan edib
13-05-2024 15:26 / Bu xəbər 607 dəfə oxundu
"Demokratik.az" saytının rəhbəri Osman Nərimanoğlu (Rzayev) istintaq təcridxanasında müddətsiz aclıq elan edib.
O, qanunsuz həbsinə və hökmdən apellyasiya şikayətinə qeyri-obyektiv baxılmasına etiraz edir.
Onun xanımı Arzu Rzayeva bildirib ki, Osman mayın 12-də Gəncə Şəhər 2 saylı İstintaq Təcridxanasında aclıq elan edib.
Rzayeva deyib ki, həyat yoldaşı məmurların böhtanının qurbanıdır və 23 aydır əsassız həbsdədir.
Gəncə Apelyasiya Məhkəməsi isə obyektiv araşdırma aparmır və bir aydır ki, istintaqı ləngidir.