Sayt rəhbəri saxlanılıb
12-12-2023 14:17 / Bu xəbər 1098 dəfə oxundu
"Azerinfo.az" saytının rəhbəri İbrahim Hübmətov (İbrahim Qubadoğlu) saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, Hümbətov dekabrın 11-də vətəndaşların müraciəti əsasında saxlanılıb.
"Saytın rəhbəri ayrı-ayrı şəxsləri nüfuzdan salan materialları dərc etməkdə və kompromatların dərc edilməməsi üçün onlardan pul tələb etməkdə ittiham olunur. Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib", - deyə DİN-in məlumatında bildirilir.
İbrahimovun vəkili və yaxınları hələlik onun həbsi haqqında məlumatı şərh etməyiblər.